Accessibility links

Angela Merkel Əfqanıstanda səfərdədir


Heç bir məlumat vermədən Əfqanıstana səfər edən Almaniya kansleri Angela Merkel prezident Həmid Karzai ilə görüşüb. Bu, xanım Merkelin Cənubi Asiyaya ilk səfəridir.

Almaniyanın 3 000-dən çox hərbi qüvvəsi Əfqanıstanda NATO qüvvələri tərkibində xidmət göstərir. Keçən ay Alamniya parlamenti Əfqanıstandakı hərbi qüvvələrinim orada qalma müddətini uzatmaq haqda qərar qəbul etmişdi. Parlamentin aşağı palatası Bundestaq 454-79 nisbətində Almaniya qoşunlarının gələn il də Əfqanıstanda qalmasına səs vermişdir.

Xanım Merkel mətbuat konfransı zamanı Almaniyanın sülhməramlı ordusunun Əfqanıstanda fəaliyyətini davam etdirəcəyini deyib. Əfqanıstan prezidenti Həmid Karzai Almaniyanın bu addımını yüksək qiymətləndirdiyini və onun köhnə dostu olduğunu deyib.

XS
SM
MD
LG