Accessibility links

Tbilisidə etiraz nümayişləri davam edir


Gürcüstanın müxalifət partiyaları Tbilisidə minlərlə insanın ikinci gündür davam etdirdiyi nümayişlər zamanı prezident Mixail Saakaşvilinin istefasına çağırıb. Müxalifət fəalları bunu 12 min nəfərin iştirak etdiyi nümayişdə elan ediblər. Nümayişçilər gələn ilin yazında ilkin parlament seçkilərinin keçirilməsi, seçki qanunlarına dəyişiklər edilməsi və prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edirlər. Onlar həmçinin siyasi məhbusların azad edilməsini tələb ediblər. Bu gün toplaşan kütlə sayca cümə günü partlament binası qarşısında yürüş keçirən 50 min nəfərdən az idi. Prezident Saakaşvili yürüşlə bağlı ictimaiyyətə açıqlama verməyib. Lakin partlamentin sşikeri Nino Burcanadze cümə günü müxalifət nümayəndələrini qəbul edib.
XS
SM
MD
LG