Accessibility links

ABŞ-ın İraqdakı səfiri İranla İraqa dair növbəti danışıqları planlaşdırır


ABŞ-ın İraqdakı səfiri Rayan Kroker deyib ki, o, İraqda vəziyyəti müzakirə etmək üçün bu yaxınlarda iranlı həmkarı ilə görüşəcəyi gözləyir. Kroker bu açıqlamanı bu gün İstanbulda İraqa dair konfrans çərçivəsində verib. Onun sözlərinə görə, görüş gələn həftələr ərzində baş tuta bilər. İyul ayında İranın İraqdakı səfiri Həsən Kazemi Qumi ilə görüşü zamanı səfir Kroker bildirmişdi ki, onlar arasında Vaşinqtonun İranı İrqdakı şiə yaraqlılara dəstəyi artırdığı ilə bağlı ittihamlara dair intensiv gərgin müzakirə aparılmışdı.

Bu gün habelə İranın xarici işlər naziri Mənüçeh Möttəki BMT-ni İraqdan bütün xarici hərbi qüvvələrin çıxarılmasına dair plan hazırlamağa çağırıb.

XS
SM
MD
LG