Accessibility links

İraq hökuməti kürd yaralıqlarına qarşı ciddi ölçülər götürür


İraq baş naziri Nuri əl-Maliki sözlərinə görə, hökumət kürd yaraqlılarına qarşı ciddi ölçülər götürür. Bu gün İstanbulda İraqa dair beynəlxalq görüşdə cənab Maliki ölkəsinin qonşu dövlətlərə qarşı hücum bazası olmayacağını dilə gətirib.

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan konfransda İraqın daxili təhlükəsizliyi və sabiltiyinə zəmanət verməli və qonşuların üçün təhlükə yaratmamalı olduğunu deyib.

Bir günlük konfransda İraq, ona qonşu olan dövlətlər və dünyanın qüdrətli dövlətlərinin nümayəndələri iştirak edib. Bu arada yayılan məlumatlara görə, Kürd regional hökumətinin rəsmiləri PKK ilə əlaqəsi olduğu iddia edilən siyasi qrupun İrbil ofisinin bağlandığını bildirib. İraq hökuməti yaraqlılarla bağlılığı olan idarələri bağlamağı söz verib.

XS
SM
MD
LG