Accessibility links

Türkiyə əsgərləri azad edildi


İraqın şimalındakı kürd yaraqlıları tərəfindən iki həftə əvvəl girov götürülən 8 türk əsgəri azad edilib. Separatist Kürdüstan Fəhlə Partiyası-PKK döyüşçüləri əsgərləri İraq hökumətinin regional nümayəndələrinə təhvil veriblər. Əsgərlər Türkiyənin İraqla sərhəd bölgəsində girov götürülmüşdü. Türk əsgərlərinin azad edilməsi İraqın baş naziri Nuri Əl-Malikinin hökumətin kürd döyüşçülərinə qarşı ciddi ölçülər götürdüyünü deməsindən bir gün sonraya təsadüf edir. İstanbul görüşündə çıxış edən baş nazir deyib ki, İraq qonşularına qarşı hücum bazası olmayacaq.

XS
SM
MD
LG