Accessibility links

Qəzza zolağında raket hücumu 4 fələstinlinin ölümünə səbəb olub


Fələstin səhiyyə rəsmilərinin sözlərinə görə, İsrailin iki raket hücumu Qəzza zolağının şimalında 4 fələstinlinin ölümünə səbəb olub. İsrail rəsmisi deyir ki, təyyarə ölkənin şimalına raket buraxan 3 nəfəri atəşə tutub. Ordunun bildirdiyinə görə, başqa bir nəfər yaraqlıların raket hərbi hissəsini hədəfə alan hücum zamanı həlak olub. Cihad qruplaşması üzvlərindən birinin həlak olduğunu deyib. Hücum ABŞ dövlət katibi Kondaliza Raysın İsrail rəsmiləri və Fətahla Həmas rəqib fraksiyalarının liderləri ilə görüşündən bir neçə saat əvvəl baş verib. Bu arada rəsmilərin görüşü zamanı ilin sonlarında keçirilməsi planlaşdırılan sülh konfransı müzakirə olunub.
XS
SM
MD
LG