Accessibility links

Meksikada daşqınlar 8 adamın ölümünə səbəb olub


Meksikanın cənub bölgələrində baş verən daşqınlar 8 adamın ölümü, bir milyona yaxın insanın evsiz qalmasına səbəb olub. Daşqınlar son 50 ildə baş verən təbii fəlakətlərin ən ağırıdır. Mülki Müdafiə Nazirliyinin bildirdiyinə görə, cümə və şənbə günləri Ciapas ştatında 7 cəsədi aşkar etməyə nail olunub. Qonşu Tabasko ştatının üçdə iki hissəsi su altında qalıb. Rəsmilər ştatın mağazaları və ticarət mərkəzlərinin talançılığa məruz qaldığını bildirir. Qırmızı Xaç və UNİSEF daxil edilməklə, beynəlxalq təşkilatlatlar Meksikaya humanitar yardım göstərir.

XS
SM
MD
LG