Accessibility links

Sabiq baş nazir Benəzir Bhutto İslamabada qayıdıb


Pakistanın sabiq baş naziri Benəzir Bhutto bu gün İslamabada qayıdıb. O, president Pərviz Müşərrəflə görüşmək və ya danışıqlar aparmaq planının olmadığını deyib. O, həmçinin seçkilərin planlaşdırıldığı vaxtda keçirilməsinə çağırıb.

Prezident Müşərrəfin kabineti bu gün parlament seçkilərinin cədvəlini müzakirə etmək üçün müzakirələr aparır. Daha əvvəl Pakistanın vəzifəsindən yenicə azad edilmiş Ali Məhkəmə sədri, hüquqşunasları polisə tabe olmamağa və president Pərviz Müşərrəfin fövqəladə vəziyyət qərarına etiraz etməyə çağırmışdı. Ev dustağı olan İftixar Məhəmməd Çodri bu gün İslamabaddakı evindən zəng vuraraq, konstitusiya naminə ayağa qalxmaq vaxtının çatdığını deyib.

XS
SM
MD
LG