Accessibility links

Avropa Birliyi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarını pisləyir


Avropa Birliyi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin redaktoru Eynulla Fətullayevin 8.5 il müddətinə həbsə məhkum edilməsini qətiyyətlə pisləyir. AB-nin yaydığı press-relizdə deyilir ki, Fətullayevə qarşı qəzetində 30 mart 2007-ci il tarixdə Rövşən Bağırov imzası ilə yazdığı məqaləsinə görə cinayət məsuliyyətinin tələb olunması adekvat addım deyil. Bu məhkəmə qərarı Azərbaycanın Avropa qonşuluq siyasəti çərçivəsində söz və mətbuat azadlığı üzr götürdüyü öhdəliklərə ziddir. Avropa Birliyi Azərbaycan hökümətinə söz və mətbuat azadlığının təminat altına alınmasının vacibliyini xatırladaraq, gələcəkdə tənqidi "səslər"in kəsilməyəcəyinə ümid etdiyini bildirib. Eynulla Fətullayev oktyabrın 30-da 8.5 il müddətinə terrorizm, etnik zəmində ədavətin qızışdırılması və vergidən yayınma maddələri ilə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG