Accessibility links

Maykl Mukasi baş prokuror vəzifəsinə təsdiq edildi


ABŞ Senatı prezident Buşun nominasiyasını irəli sürdüyü təqaüddəki federal hakim Maykl Mukasini baş prokuror vəzifəsinə təsdiq edib. Dünən gecə keçirilən səsvermənin nəticəsi olaraq Mukasinin namizədlyi 53 lehinə, 43 əleyhinə səslə təsdiq edilib. Əksəriyyət lideri Harri Rid də daxil edilməklə, bir sıra demokratlar Mukasinin namizədliyinə qarşı çıxırdı. Belə ki, onun təsdiqi ilə bağlı dinləmələr zamanı suda boğmaların işgəncə olub-olmaması sualını cavablandırmaması demokratların qəzəbinə səbəb olmuşdu. Mukasi sentyabr ayında istefa verən baş prokuror Alberto Gonzalesi əvəz edəcək.

XS
SM
MD
LG