Accessibility links

Benəzir Bhuttonun nümayışdə iştirakına icazə verilməyib


Pakistan polisi sabiq baş nazir Benazir Bhuttonun fövqəladə vəziyyət və ölkə konstitusiyasının müvəqqəti qüvvədən salınması qərarına etiraz səbəbilə keçiriləcək nümayişdə iştirak etmək üçün evindən çıxmasına mane olub. Benazir Bhutto bu gün yüz minlərlə tərəfdarı qarşısında çıxış etməli idi. Lakin onun İslamabaddakı evi jurnalistlər və yüzlərlə polis tərəfindən mühasirəyə alınmışdı.

Xanım Bhutto onun minlərlə tərəfdarının həbs edilməsi və nümayişlərin qarşısını almaq üçün hökumətin güc tətbiq etdiyini deyib. O, təkrarən prezident Pərviz Müşərrəfdən fövqəladə vəziyyəti ləvğ etməsini, ordu rəhbərliyindən əl çəkməsini və seçkilərin yanvar ayının ortalarında keçirilməsi tələblərini bəyan edib.

Xanım Bhuttonun evindən çıxmasına kömək etmək üçün yığışan onlarla tərəfdarı polis tərəfindən həbs edilib. Xanım Bhutto ev dustağı olması barədə xəbəri təkzib etməsinə baxmayaraq, polis onun məhəllədən çıxmasına icazə verməyib.

Qeyd edək ki, prezident Buş da daxil edilməklə dünya liderləri cənab Müşərrəfi fövqəladə vəziyyəti ləğv etməyə və seçkiləri yanvar ayında keçirməyə çağırmışlar.

XS
SM
MD
LG