Accessibility links

Əfqanıstanda koalisiya qüvvələrinin 9 əsgəri həlak olub


Əfqanıstanın şərqində yaraqlılar 6 NATO və 3 əfqan əsgərini pusquya salaraq öldürüblər. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin açıqlamasında bildirilir ki, hücum zamanı 8 NATO və 11 əfqan əsgəri yaralanıb. Bəyanatda toqquşmanın yaraqlıların nəzarətçiləri bir neçə mövqedən qumbara-atanlardan və kiçik çaplı silahlardan atəşə tutmasında sonra başladığı bildirilir. Hücumun dəqiq yeri və ölənlərin milliyyəti açıqlanmayıb. Ancaq “Assoşieyted Press” agentliyinin ABŞ hərbi rəsmisinə istinadən verdiyi xəbərə görə, hadisə Nuristan vilayətində baş verib və ölənlər arasında amerikalı əsgərlər də var.
XS
SM
MD
LG