Accessibility links

"Vaşinqton Post" Şimali Koreyanın ABŞ-ı onun üzərindən sanksiyaları götürməsinə inandırmağa çalışdığını yazıb


Vaşinqton Post qəzetinin yazdığına görə, Şimali Koreya nüvə silahı üçün zənginləşdirilmiş uranı heç vaxt istehsal etmədiyini sübut etməyə çalışır. Qəzet bu gün adları açıqlanmayan ABŞ və Şimali Koreya rəsmilərinə istinadən bildirib ki, Şimal Amerika nüvə ekspertlərinə avadanlıqlar və sənədləri yoxlamağa Birləşmiş Ştatların iddialarının yanlış olduğunu göstərmək üçün icazə verib. Ağ Ev Şimali Koreyanı uranı zənginləşdirməkdə ittiham edir. Nə ABŞ, nə də rəsmi Pxenyandan Vaşinqton Postun yazdığı məqaləyə şərh verilməyib. Məqalədə deyilir ki, Şimali Koreyanın hazırkı cəhdləri ölkənin nüvə proqramlarının hesabatını açıqlamaqla ABŞ-ı onun üzərindən sanksiyaları götürməsinə inandırmaqdan ibarətdir.
XS
SM
MD
LG