Accessibility links

Rusiya qüvvələri Gürcüstanı tərk edir


Rusiya hərbi rəsmisinin sözlərinə görə, Moskva Gürcüstandan bütün hərbi heyətini və avadanlıqlarını dekabrın 1-də çıxaracaq. Şimali Qafqaz hərbi bölməsinin komandiri Aleksandr Baranov deyib ki, Gürcüstandakı Rusiya bazalarındakı avadanlıqlar gələn həftə Rusiya və Ermənistana köçürüləcək. Onun sözlərinə görə, keçmiş Sovet İttifaqı hərbi ləvazimatının Gürcüstandan köçürülməsi prosesi ayın sonuna kimi başa çatacaq. Baranov bildirib ki, Şimali Qafqaz hərbi qüvvələri Gürcüstandakı fövqəladə vəziyyətlə bağlı heç bir addım atmağı planlaşdırmır. Qeyd edək ki, Rusiya sülhməramlıları ölkənin münaqişəli bölgələri olan Abxaziya və Cənubi Osetiyada xidmət edir.
XS
SM
MD
LG