Accessibility links

Birləşmiş Ştatlarda Veteranlar günüdür


Bu gün Amerika Birləşmiş Ştatlarında Veteranlar günüdür. Bu münasibətlə Vaşinqtonda 25 il bundan öncə açılmış Vyetnam memorialını bir çox adam ziyarət edir. Vyetnam müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş abidənin üzərində 58 min insanın adı həkk olunub. Bu gün həmçinin Arlinqton fəxri xiyabanında naməlum əsgərin abidəsi üzərinə əklil qoyulub. Həftəlik radio müraciətində prezident Buş deyib ki, Amerika ölkəin hərbi qüvvələrində xidmət etmiş insanlara borculudur.
XS
SM
MD
LG