Accessibility links

Əfqanıstanda altı qəbilə ağsaqqalı öldürülüb


Əfqanıstan rəsmiləri bildiriblər ki,ölkənin qərbindəki Herat vilayətində silahlı şəxslər altı qəbilə ağsaqqalını qətlə yetiriblər. Vilayət polis rəisinin bildirdiyinə görə, onlar öz maşınlarında məscidə gedərkən hücuma məruz qalıblar. Maşında bir nəfərin sağ qaldığı deyilir. Qətllərlə əlaqədar iki nəfər saxlanılıb. Bundan önvə Əfqanıstan rəsmiləri bildirmişdi ki, intiharçının xarici ölkələrin hərbi qüvvələrinin maşın karvanı yaxınlığında partlayıcıları işə salması nəticəsində üç nəfər yaralanıb. Hadisənin Helmənd vilayətinin Gereşk şəhərində baş verdiyi bildirilir. Bu gün habelə ABŞ-ın başçılıq etdiyi koailisiya qüvvələri bildirib ki, şənbə günü Kapisa vilayətində döyüşlər zamanı ağır yaralanan əsgər həlak olub.
XS
SM
MD
LG