Accessibility links

Fələstinlilərin prezidenti ABŞ-da keçiriləcək sülh konfransını taxiri imkan adlandırıb


Fələstinlilərin prezidenti Mahmud Abbas qarşıdan gələn ABŞ konfransının İsraillə sülh bağlanması üçün tarixi imkan olduğunu deyib. Cənab Abbas fələstinlilərin lideri Yasir Ərəfatın vəfat etməsinin 3-cü il qeyd etmək üçün İordan çayının qərb sahilindəki Ramallah şəhərində on minlərlə fələstinlinin qarşısında çıxış edib. O, konfransda uğur əldə olunması üçün iş aparacağına söz verib. İsraillilər və fələstinlilər konfransdan öncəsi fikir ayrılıqlarını aradan qaldırmaq istiqamətində iş aparırlar.

O, həmçinin Həması iyunda ələ keçirdyi Qəzza zolağının nəzarətini geri qaytarmağa çağırıb. Dünən isə fələstinlilərin prezidenti Ramallahda cənab Ərəfatın mavzoleyinin açılış mərasimində iştirak edib.

XS
SM
MD
LG