Accessibility links

Beynəlxalq Araşdırma Təşkilatı Azərbaycan və Ermənistanı tənqid edib


Beynəlxalq Araşdırma Təşkilatı-Böhran Qrupu Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail ola bilmədiklərinə görə tənqid edib. Qrupun bu gün açıqladığı hesabatında deyilir ki, tərəflər iki illik müzakirələrin nəticəsi kimi sülh razılığı əldə etməyə nail ola bilməyiblər. Böhran Qrupu Azərbaycan və Ermənistan liderlərini xalqlarının mənafeyinə uyğun şəkildə danışıqlara ölkələrinin təmsilçilərini cəlb etmədiklərinə görə tənqid edilir. Bundan əlavə Beynəlxlaq Böhran Qrupunun hesabatında ATƏT-in Minks qrupunun həmsədrləri münaqişənin həlli üçün tərəflərə lazımi iqtisadi və siyasi təzyiqlər göstərə bilməməkdə günahlandırılır .

XS
SM
MD
LG