Accessibility links

Prezident Buş Konqresi əlavə vəsaitin tez bir zamanda təsdiqinə çağırır


Prezident Buş Birləşmiş Ştatlar Konqresini İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda istifadə etmək üçün əlavə pul verməsinə çağırır. Lakin Amerikanın Səsinin müxbiri Pola Volfsonun məlumatında deyilir ki, Demokratlarda bu məsələ ilə əlaqədar yeni narahatlıqlar əmələ gəlib.

Prezident Buş əlavə 50 milyard dollar məbləğində vəsaitin Konqresdə təsdiqini gözləyir. O, pulun indi, hal-hazırda lazım olduğunu deyib.

Senatın Birgə İqtisadiyyat Komitəsindəki demokratlar isə deyirlər ki, amerikalıların müharibəyə istifadə olunan, onların sözü ilə desək “gizli xərclər” haqqında təsəvvürləri yoxdur. Onlar 2002-ci ildə 2008-ci ilə qədər müharibəyə təqribən 804 milyarddan iki dəfə artıd pul xərcləndiyini deyirlər.

XS
SM
MD
LG