Accessibility links

ABŞ Pakistanı bir daha fövqəladə vəziyyətin ləğvinə çağırıb


Buş administarsiyası bir daha Pakistanı fövqəadə vəziyyətin ləğvinə, azad və ədalətli seçkilər keçirilməsinə dair çağırışlarını təkrar edib. Ağ Ev bildirib ki, fövqəladə vəziyyətdə seçkilərin azad və ədalətli olacağını təsəvvür etmək mümkün deyil. Pakistan prezidenti Pərviz Müşərrəf isə Nyu York Taymz qəzetinə müsahibəsində seçkilərin azad və ədalətli keçirilməsini məhz fövqəladə vəziyyətin təmin edəcəyini bildirib.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentində ikinci rəsmi, dövlət katibinin müavini Con Neqroponteni Pakistana göndərir. Həftə sonu onun Pakistanın hökumət nümayəndələri ilə görüşü gözlənilir.

XS
SM
MD
LG