Accessibility links

Gürcüstanda fövqəladə vəziyyət ləğv olundu


Gürcüstan rəsmiləri Tibilisidə 6 günlük etiraz aksiyalarından sonra ölkədə tətbiq olunan fövqəladə vəziyyətə bu gün son qoyublar. Fövqəladə vəziyyətin ləğvindən əvvəl ölkə prezidenti Mixail Saakaşvili televiziya ilə yanvarda keçirlirləcək prezident seçkiləri öncəsi müxalifəti mətbuatda öz fikirlərini azad ifadə etməyə icazə veriləcəyinə inandırmağa çalışıb. Ancaq o, rəsmilərin müvəqqəti fəaliyyətini dayandırdığı müxalifətyönümlü İmedi telekanalının lisenziyasının bərpası barədə heç nə deməyib. Prezidentin günün sonuna kimi hökumətdə yerdəyişmələr edəcəyi və Zurab Noqaidelini yenidən baş nazir vəzifəsinə qaytaracağı deyilir.
XS
SM
MD
LG