Accessibility links

Bakıda türk xalqlarının konqresi öz işinə başlayır


Türkdilli ölkələrin və icmaların liderləri Bakıda toplaşıblar. Onlar sabah başlayacaq 2 günlük konqresdə iştirak edəcək. 30 ölkədən olan 1000-dən çox iştirakçının Türkiyədən kənarda keçirilən ilk belə toplantıda iştirak etməsi gözlənilir. Rusiya, Kosova, Yunanıstan və Bolqarıstanın türk icma nümayəndələri Türkiyə, bir çox mərkəzi Asia respublikaları, Monqolustan və başqa ölkələrdən olan rəsmilərə qoşulacaqlar. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan iştirak edəcək.
XS
SM
MD
LG