Accessibility links

Yaponiyanın baş naziri prezident Buşla görüşür


Bu gün Ağ Evdə Yaponiyanın baş naziri Yasuo Fukuda ABŞ prezidenti Corc Buşla görüş keçirir. Bu, Yaponiyanın baş nazirinin sentyabr ayı vəzifəsinə başlamasından sonra ilk xarici səfəridir. Cənab Fukuda prezident Buşu hökumətinin Amerikanın Əfqanıstandakı qüvvələrinə dəstək missiyasını bərpa etməyə çalışaçağında əmin etməlidir. Xatrıaldaq ki, Yaponiya qüvvələrinin dəstək missiyası bu ay başa çatdı. Yaponiyanın müxalif liderləri bunun ölkə konstitusiyasına zidd olduğunu deyirlər. İki ölkənin liderləri Şimali Koreyanın nüvə silahları məsələsini də müzakirə edəcəklər.

XS
SM
MD
LG