Accessibility links

Türkiyədə kürdyönümlü partiya tərəfdarları etiraz aksiyası keçirib


Türkiyənin cənub-şərqində polislə rəsmilərin fəaliyyətinə qadağa qoymağa çalışdığı kürdyönümlü siyasi partiyanın tərəfdarları arasında toqquşma olub. İnsident Demokratik Cəmiyyət partiyası üçün Van şəhərində yürüş keçirən zaman vaş verib. Rəsmilər bu partiyanın kürd yaraqlıları ilə əlaqəsi olduğunu iddia edir. Prokurorlar dünən parytiyaya qadağa qoyulması fəaliyyətlərinə başlayıblar. Demokratik Cəmiyyət partiyasının Türkiyə parlamentində 20 nümayəndəsi var. Partiya 20 ildən artıqdır ki PKK separatçılarının zorakılıqlarının qarşısının alınması yolu kimi əsasən kürdlərin yaşadığı Türkiyənin cənub-şərqinə müxtariyyət verilməsi çağırışı etmişdi.
XS
SM
MD
LG