Accessibility links

Kosovoda seçkilər keçirilir


Bu gün Kosovoda yerli parlamentə və bələdiyyə orqanlarına seçkilər keçirilir. Albanların çoxluq təşkil etdiyi vilayətdə bütün aparıcı siyasi partiyalar Serbiyadan müstəqilliyi təbliğ edirlər. Kosovonun Serb azlığı isə səsverməni baykot edir. Bu günün parlament və bələdiyyə seçkiləri 1999-cu ildən bəri yerli rəsmilər tərəfindən təşkil edilmiş ilk səsvermədir. Həmin il NATO Serb qüvvələrini regiondan çıxardı və BMT vilayətə nəzarəti ələ aldı. Hazırda Serblər Kosovonun ikimilyonluq əhalisinin 10 faizdən azını təşkil edir. Alban tərəfi 10 Dekabrda vilayətin statusu ilə bağlı beynəlxalq danışıqlar başa çatdıqdan sonra birtərəfli qaydada müstəqilliyini elan edəcəyini söyləyib.
XS
SM
MD
LG