Accessibility links

İraqda Əl-Qaidənin 7 terrorçusu öldürülüb


ABŞ ordusunun bildirdiyinə görə, koalisiya qüvvələri Əl-Qaidənin İraqdakı terrorçularını hədəfə alan reydlər zamanı 7 şübhəlini öldürüb, 10 nəfəri isə həbs ediblər. Ordu ölkənin Samarradakı əməliyyatda 6 terrorçunu öldürməyə müvəffəq olduğunu bildirib. Öldürülənlərin üçünün üzərində bomba yerləşdiyi aşkar olunub. 7-ci terrorçu isə Bağdadda keçirilən reydlər zamanı öldürülüb. Dünən ABŞ qüvvələri Bağdadın cənubunda 2 amerika əsgərini oğurlayan yaraqlıları ələ keçirmək üçün əməliyyatlar keçirmişdi. 2 Amerika əsgəri bu il may ayının 12-də Mahmudiyyə yaxınlığında əraziyə nəzarət edərkən yaraqlıların hücumu nəticəsində yoxa çıxmışdılar. İraq polisinin bildirdiyi başqa xəbərdə isə, Bağdadda çoxunun sünni ərəb olduğu iddia edilən 30 cəsəd tapıldığı deyilir.

XS
SM
MD
LG