Accessibility links

Rusiya gəmisi batıb


Rusiyanın karqo gəmisi Yapon dənizində batıb. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, gəminin 30 nəfərdən ibarət ekipaj üzvü və 6 sərnişin bərə batmamışdan öncə xilasedici qayıqlarla xilas ola biliblər. Nazirliyin sözçüsü ölkənin Uzaq Şərq bölgəsindən Çinə tir daşıyan gəminin güclü qasırğaya məruz qaldığını deyib. Onun sözlərinə görə, pis hava səbəbilə xilas etmə işləri aparmaq mümkün olmayıb. Gəmi Karib dövləti olan Saint Vincentdə qeydiyyatdan keçib.
XS
SM
MD
LG