Accessibility links

Ukraynada kömür şaxtası partlayıb


Ukrayna rəsmilərinin sözlərinə görə, ölkənin şərqindəki Donetsk şəhərində kömür şaxtasının partlaması nəticəsində ölənlərin sayı 33-ə qalxıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, xilasetmə dəstələri 350-yə yaxın şaxtaçını xilas etməyə müvəffəq olub, ancaq ən azı 70 nəfər hələ də tapılmayıb. Təxminən 20 şaxtaçı isə xəstəxanaya çatdırılıb. Metan qazının törətdiyi partlayış bu səhər 1000 metr dərinlikdə olan Zasyadko şaxtasında baş verib. Rəsmilər partlayış olan zaman şaxtada 450 nəfərin olduğunu söyləyiblər. Qeyd edək ki, may ayında Donetskdə baş verən başqa bir şaxta partlayışı 3 şaxtaçının həyatına son qoymuş, 12 nəfərin isə yaralanmasına səbəb olmuşdu.
XS
SM
MD
LG