Accessibility links

ABŞ dövlət katibinin müavini Pakistanda görüşlər keçirib


John Negropontenin Pakistana etdiyi səfər hökumətlə siyasi partiyalar, vəkillər və insan hüquqları fəalları arasındakı qarşıdurmanın şiddətlənməsi ilə bağlı idi. Bu gün o, Pakistanı tərk etməzdən öncə, hökumətin yüksək vəzifəli rəsmiləri və hərbi komandirlərilə görüşüb. O, İslamabaddakı Birləşmiş Ştatarın səfirliyində keçirdiyi mətbuat konfransında minlərlə siyasi məhbusu azad etməyə və kütləvi məlumat vasitələrinə fəaliyyətlərini davam etdirməyə imkan verilməsinə çağırıb: “ Mən Pakistan hökuimətini bu növ hərəkətlərini dayandırmağa, fövqəladə vəziyyətin ləğvinə, siyasi məhbusları azad etməyə çağırmışam. Fövqəladə vəziyyətin şəraitində azad, alətli və etibarlı seçkilər keçirilə bilməz. “SS

Bu yaxınlarda prezident Müşərrəf bildirmişdi ki, fövqəladə vəziyyət yanvar ayında ölkədə ədalətli seçkilərin keçirilməsinə yardım edəcək. Pakistan rəsmilərinin bildirdiyinə görə, dünən general cənab Negroponteyə deyib ki, ölkədə təhlükəsizlik vəziyyəti yaxşılaşdıqdan sonra, fövqəladə vəziyyəti ləğv edəcək. Pakistanlıların əksəriyyəti prezident Müşərrəfin fövqəladə vəziyyət elan etməsini onun hakimiyyətdə qalması istəyi ilə əlaqələndirir.
XS
SM
MD
LG