Accessibility links

Venesuela prezidenti İrandadır


Venesuela prezidenti Huqo Çaves iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı məqsədi ilə İrandadır. Caves və onun iranlı həmkarı Mahmud Əhmədinejad bu gün bir sıra siyasi, habelə iqtisadi məsələləri müzakirə edib. Venesuela lideri Tehrana Səudiyyə Ərəbistanında təşkil edilən OPEK sammitindən sonra gedib. İran prezidenti də həmin sammitin iştirakçısı olub. Xatırladaq ki, Venesuela və İran iyun ayından etibarən İranda neft-kimya kompleksinin birgə inşasına başlayıb.

XS
SM
MD
LG