Accessibility links

Pusiya prezidenti Vladimir Putin NATO-nu tənqid edib


Rusiya prezidenti Vladimir Putin NATO-nun Rus sərhədlərinə doğru genişlənməsini tənqid edib. Müdafiə Nazirliyində keçirilən iclasda çıxış edən cənab Putin deyib ki, NATO əvvəlki sazişlərə zidd olaraq Rusiya sərhədlərində resurslarını cəmləşdirir. O, deyib ki, Moskva NATO-nun əzələ nümayiş etdirməsinə biganə qala bilməz. Cənab Putin deyib ki, Rusiya özünün strateji nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməlidir ki, istənilən təcavüzkara qarşı cəld və adekvat cavab verə bilsin. O, həmçinin ölkəsinin NATO üzvlərinin konvensional silah nəzarəti sazişinə qoşulmasını gözləməyəcəyini bildirib.
XS
SM
MD
LG