Accessibility links

BMT İran, Şimali Koreya və Birmanı tənqid edən qətnamə layihəsini təsdiq edib


BMT Baş Assambleyasının komitəsi çərşənbə axşamı İran, Şimali Koreya və Birmanı insan hüquqlarının vəziyyətinə görə tənqid edən qətnamə layihəsini təsdiq edib. İrana dair qətnamə 72-50 səs nisbətində qəbul edilib. Səsvermədə 55 ölkə iştirak etməyib.

Bu qətnamə İranı dini və etnik azlıqlara qarşı diskriminasiyalara son qoymağa çağırır. Şimali Koreyaya gəldikdə, üçüncü ildir ki, qətnamə Pxenyanı insan hüquqlarını pozduğuna görə məhkum edir. Yaponiya və Avropa Birliyinin təqdim etdiyi layihə 97-23 səs nisbətində qəbul edilib. Ötən illərdən fərqli olaraq bu dəfə Cənubi Koreya səs verməkdən imtina edib.

XS
SM
MD
LG