Accessibility links

Pakistan prezidentinə qarşı irəli sürülən sonuncu şikayət ləğv edildi


Pakistanın Ali Məhkəməsi prezident Pərviz Müşərrəfin yenidən prezident seçkilərində iştirakına qarşı irəli sürülən sonuncu, altıncı şikayəti bu gün ləğv etdi. Xatırladaq ki, general Müşərrəf şikayətlər ləğv edildiyi təqdirdə ali baş komadan vəzifəsindən istefa verəcəyinə dəfələrlə söz vermişdi.

Pakistanın baş prokuroru Malik Qəyyumun dediyinə görə, general Müşərrəf bu həftənin şənbə gününə qədər hərbi komandan vəzifəsindən istefa verməlidir.

Dünən isə Pakistanda müxalifət liderlərindən İmran Xan da daxil edilməklə, yüzlərlə siyasi məhbus azad edilib. Rəsmilər hələ də 623 fəalın həbsdə qaldığını deyir.

XS
SM
MD
LG