Pakistanın müxalifət liderləri bildiriblər ki, Səudiyyə Ərəbistanında sürgündə olan sabiq baş nazir Navaz Şərif bir neçə gün ərzində ölkəsinə qayıdacaq. Cənab Şərifin Pakistan Müsəlman Liqası Partiyasının sözçüsü Əhsən İqbalın sözlərinə görə, onun yanvarda keçiriləcək parlament seçkilərinin bazar ertəsi bitəcək qeydiyyat prosesinə kimi Pakistana gələcəyi məlum deyil. Cənab İqbal əlavə edib ki, Şərif bu gün Səudiyyə Ərəbistanın kralı Abdulla ilə son görüşünü keçirib. Sabiq baş nazir Pakistan prezidenti Pərviz Müşərrəfin elan etdiyi fövqəladə vəziyyəti tənqid etmiş və ölkəni prezidentə qarşı ayağa qalxmağa çağırmışdı. General Müşərrəf Şərifi 1999-cu ildə hərbi çevriliş yolu ilə hakimiyyətdən devirmişdi. O, ömürlük həbsə məhkum olunmuş ancaq Müşərrəf ona 10 il ölkəyə gəlməmək şərti ilə xaricdə yaşamasına yol vermişdi. Bu arada Pakistanın Ali Məhkəməsi ölkədəki fövqəladə vəziyyətin ləğvi və konstitusiyanın müvəqqəti qüvvədən salınmasının qanuni olduğunu bəyan edib.