Accessibility links

ABŞ-da "Qara Cümə" günüdür


ABŞ-ın pərakəndə satış dükanları bu gün Milad alış – veriş mövsümünün ilk günü geniş alıcı kütləsinə ümid edirlər. Şükran bayramının səhərisi “Qara Cümə” adlanan gün çoxsaylı alıcı kütləsi qiymətlərdə endirimlər və oyuncaq yaxud elektron oyunlar almaq şansı əldə edirlər. Son illər bir çox dükanlar Şükran bayramı günü və ya səhəri gün sübh çağından işləyir. Bu fəsil mağazalar qiymətləri endirməklə ABŞ-ın hazırkı iqtisadi durumundan narahat olan alıcıları cəlb etməyə ümid bəsləyir. Alıcıları ev alışında kəskin şəkildə azalma hiss olunan, neft və qaz qiymətlərində artım olan iqtisadiyyatdan narahatdırlar, Bu günün “Qara Cümə” adlandırması mühasibat kitablarında gəlirlərin qara hərflərlə və borcların isə qırmızı ilə yazılmasından irəli gəlir.
XS
SM
MD
LG