Accessibility links

Avstraliyanın müxalifət Əmək partiyası ümummilli seçkilərdə qələbə əldə edib


Avstraliyanın müxalifət Əmək partiyası və onun rəhbəri Kevin Rad ümummili seçkilərdə qələbə əldə edərək, son 11 ildə hakimiyyəti əldə saxlayan baş nazir Con Hovardın mühafizəkar koalisiyasını məğlub edib. Qələbəsini elan edərkən cənab Rad deyib ki, Avstraliya gələcəyə doğru addım atmaq qərarına gəlib. O, hazırda İraqda xidmətdə olan 500 Avstraliya əsgərinin oradan çıxarılcağına, Con Hovardın dəstək verməkdən imtina etdiyi Kioto iqlim sazişini imzalayacağına vəd verib. Bundan bir az əvvəl baş nazir məğlubiyyətini təsdiq etmişdi. O demişdi ki, cənab Rada son 11 ildə qüdrətə və firavan həyata malik olan Avstaraliyanı təhvil verir.

XS
SM
MD
LG