Accessibility links

Inquşetiyada jurnalistlər döyülüblər


Rusiyada polisin məlumatına görə Qafqaz regionu olan İnquşetiyada 3 jurnaist və bir insan hüquqları fəalı oğurlanaraq çölə aparılmış və döyülmüşdür. REN TV-nin 3 əməkdaşı və Xatirə adlı hüququ müdafiəçisi təşkilatının rəhbəri polisə bildiriblər ki, maskalı şəxslər onların Nazrandakı otel otağına daxil olmuş və başlarına torba keçirmişlər. Hücumçular onları çölə aparmış, döymüş və atıb getmişlər. Bu dörd adam yaxınlıqdakı polis məntəqəsinə gələrək rəsmilərə məlumat veriblər. Jurnalistlər İnquşetiyaya burada keçiriləcək nümayişlər haqda məlumat verməyə gəlmişdilər. İnterfaks agentliyinin bildirdiyinə görə jurnalistlərdən biri ciddi xəsarət alıb.
XS
SM
MD
LG