ABŞ ordusu dünən Bağdadın mərkəzindəki bazarda 13 adamın ölümü, 60 nəfərin yaralanmasına səbəb olan partlayışa görə İrana arxalanan şiə ekstremistləri günahlandırıb. Bu arada İraq qüvvələri tərəfindən terrorçuluqda şübhələnilən 4 adam nəzarət altına alınıb. Onlardan ikisinin komandir olduğu bildirilir. Ordunun bəyanatında deyilir ki, ekstremist liderlər Bağdadın şimal-şərq bölgəsində gecə reydləri zamanı ələ keçirilib. Polisin məlumatında deyilir ki, Samarra şəhərində həyata keçirilən reydlər zamanı iki şübhəli nəzarət altına alınıb.