Accessibility links

Cənubi Kaliforniyada yanğın baş verib


Cənubi Kaliforniyanın cənub Malibu sahil bölgəsində yanğınlar 20 evi sıradan çıxarıb, 600 hektarlıq sahəni külə çevirib. Yanğınların vurduğu ziyan və xəsarət barədə məlumat verilmir. Ştat rəsmiləri güclü və quru külək səbəbi ilə yerli sakinlərin evakuasiyasına göstəriş verib. Yanğınla hazırda 300 nəfər yanğınsöndürən mübarizə aparır. Keçən ay Kaliforniya ştatında baş verən 24 yanğın 2000-ə yaxın evi yararsız hala salmış, 200000 hektarlıq sahəni külə çevirmişdi.

XS
SM
MD
LG