Accessibility links

Rusiya parlamentinin yuxarı palatası prezident seçkilərinin tarixini təsdiq edib


Rusiya parlamentinin yuxarı palatası gələn prezident seçkilərinin 2008-ci ilin mart ayının ikisində keçirilməsi qərarını təsdiq edib. Federasiya Şurası bu tarixi yekdilliklə təsdiq edərək, namizədlərin qeydiyyat prosesinə start vermiş olur. İnterfaks xəbər agentliyinin Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurova istinadən verdiyi məlumata görə, seçkiqabağı kampaniyalar fevral ayının 2-dən 29-dək davam edəcək.

Bu arada Rusiya prezidenti Vladimir Putin Amerikanı ATƏT-in seçki müşahidəçilərinin Rusiyanın parlament seçkilərinin monitorinqi planının təxirə salınmasına təzyiq göstərdiyində günahlandırır. Rusiyanın xəbər agentliklərinə müsahibəsi zamanı prezident Putin ABŞ-ın Dövlət Departamentinin bu əməlinə dair məlumata malik olduğunu bildirib.

XS
SM
MD
LG