Accessibility links

Gürcüstan maqnatının prezidentliyə namizədliyi irəli sürüblüb


Gürcüstan maqnatının tərəfdarları onun prezidentliyə namizədliyini irəli sürüblər. Mərkəzi Seçki Komissiyasının rəsmiləri deyirlər ki, yanvar seçkilərində iştirak etmək üçün Badri Patarkatsişvilinin sənədləri təqdim olunub. Cənab Patarkatsişvili Nyu York maqnatı Rupet Mördokla bərabər tanınmış İmedi telekanalının sahibidir.

Gürcüstan rəsmiləri İmedini hökumət qarşı nümayişlərə sponsorluq etməkdə ittiham edərək, onun lisenziyasını ləğv ediblər. Gürcüstan prezidenti Mixail Saakaşvili seçki kampaniyasına başlamaq üçün vəzifəsindən istefa verib. Bu arada minlərlə İmedi tərəfdarı telekanalın açılması tələbilə nümayiş keçirir.

XS
SM
MD
LG