Accessibility links

Kosovonun statusuna dair danışıqlar davam edir


Serbiya prezidenti Boris Tadiç bildirib ki, Kosovonun etnik albanları ilə vilayətin gələcəyinə dair kompromislər tərəflərin güzəştlərə getdiyi təqdirdə mümkün ola bilər. Avstriyada təşkil edilən danışıqların ikinci günü prezident Tadiç Kosovonun bir vilayət kimi özünü idarə etməsini və dövlətçiliyinə dair bəzi sahələrin idarəsini Kosovoya verilməsini təklif edib. Kosovonun xarici siyasəti, müdafiə və sərhəd məsələlərinə Serbiya nəzarət etməlidir. Kosovo albanları isə Belqraddan tam azadlıq tələb edirlər. Müzakirələr dekabr ayının 10-da başa çatmalıdır.

XS
SM
MD
LG