Accessibility links

Avstraliyanın yenicə seçilmiş baş naziri kabinetini təşkil edir


Avstraliyanın yenicə seçilmiş baş naziri Kevin Radd ilk dəfə baş nazir müavini qadın olmaqla kabinet üzvlərini açıqlayıb. Sabiq rok ulduzu Culia Gillard kabinetin 7 qadın üzvündən biridir. O həm də Təhsil və Sənaye Əlaqələri Nazirliklərinə də rəhbərlik edəcək. Midnight Oil ansamblının sabiq müğənnisi Peter Garret ətraf mühit və incəsənət naziri vəzifəsinə təyin edilib. Sabiq ətraf mühit naziri malayziyalı Penni Vong isə cənab Raddın imzalayacağına söz verdiyi Kioto sazişinə dair baş müzakirəçi elan edilib.

XS
SM
MD
LG