Accessibility links

Türkiyə prezidenti İraqın şimalında hərbi əməliyyatlar keçirilməsini təsdiq edib


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, hökumət orduya İraqın şimalındakı Kürd yaraqlılarına qarşı mübarizə aparmaq üçün sərhədi keçərək əməliyyatlar keçirməyə icazə verib. Cənab Ərdoğan bu gün televiziya vasitəsilə bildirib ki, əməliyyatların yerinə yetirilməsi qərarı dünən kabinet iclasında qəbul olunub. O, prezident Abdulla Gülün planı təsdiq etdiyini bildirib. Baş nazir əməliyyatın yaxın günlərdə baş verəcəyini deməyib. Türkiyə mümkün hərbi əməliyyatlara hazırlıq məqsədilə 10 minlərlə əsgərini İraqla sərhəd boyunca yerləşdirib. Rəsmi Ankara PKK-nı İraqın şimalından Türkiyənin cənubuna qanlı hücumlar təşkil etməkdə ittiham edir.

XS
SM
MD
LG