Accessibility links

İraq parlamentinin sünni bloku sessiya iclasını tərk edib


İraq parlamentinin şiə bloku liderləri Ədman əl-Dülayminin ev dustaqlığına məhkum edilməsinə etiraz əlaməti olaraq sessiya iclasını tərk ediblər. İraq Razılıq Cəbhəsi blokunun qanunvericiləri Dülayminin geri dönməsinə icazə veriləcəyi təqdirdə parlamentə qayıdacaqlarını deyiblər. Dülaymi İraqın baş naziri Nuri Əl-Malikinin güclü tənqidçilərindəndir. Onun İraq Razılıq Cəbhəsi parlamentdə 275 yerdən 44-nə malikdir. İraqdan verilən başqa xəbərdə bildirilir ki, Əl Qaidə yaraqlılarının Bağdadın şimalında sünnilərin yaşadığı kənddə reydlər keçirməsi nəticəsində ən azı 12 nəfər həlak olub. Yerli polisin bildirdiyinə görə, Diyala vilayətinin Dvela kəndində baş verən bu hücumda ölənlər arasında qadınlar və uşaqlar da var. Hücum zamanı yaraqlılar bir neçə evi yandırmış, 10 nəfər kəndliyə isə xəsarət yetirmişlər.
XS
SM
MD
LG