Accessibility links

Fələstinlilərin prezidenti Misir prezidenti ilə Qahirədə görüşüb


Fələstinlilərin prezidenti Mahmud Abbas ABŞ-da təşkil olunan son Yaxın Şərq Sülh Konfransının öz məqsədinə çatdığını deyib. Qahirədə jurnalistlərə açıqlaması zamanı konfransı müdafiə edən cənab Abbas Misir prezidenti Hüsnü Mübarəklə də görüşüb. Abbas və İsrail baş naziri Ehud Olmert Vaşinqton yaxınlığındakı Annapolis şəhərində keçirilən toplantıda danışıqların bərpa olunması barədə razılığa gəlmişdilər. Mahmud Abbasın sözlərinə görə, fələstinlilərin sabiq baş naziri Əhməd Qureya dekabrın 12-də başlayacaq İsraillə danışıqlara rəhbərlik edəcək. O, görüşlərin Paris və Moskvada keçirilməsinin planlaşdırıldığını deyib. Hər iki ölkə gələn ilin sonuna qədər ikitərəfli saziş əldə olunması üçün intensiv fəaliyyət göstərməyə razılıq verib.
XS
SM
MD
LG