Accessibility links

Rusiyada sabah parlament seçkiləridir


Rusiyada parlament seçkiləri üçün təbliğat kampaniyası dünən başa çatıb. Sorğular prezident Vladimir Putinin başçılıq etdiyi Vahid Rusiya partiyası seçkilərdə böyük səs üstünlüyü ilə qələbə qazanacağını göstərir. Müxalifət lideri Qarri Kasparov dünən, sabahkı seçkilərin mənasız olacağını deyib. Buna səbəb kimi o, əsas eloktratın seçkilərdən kənarda qalmasını göstərib. Şahmat üzrə sabiq dünya çempionu jurnalistlərə bildirib ki, müxalifət liderlərinin sıxışdırılması Putin hökumətini qeyri-qanuniliyə sürükləyir. Keçən həftə Putin əleyhinə nümayişlər təşkil etdiyinə görə, 5 günlük həbsə məhkum olunmuş Kasparov çərşənbə axşamı sərbəst buraxılmışdı.
XS
SM
MD
LG