Accessibility links

Venesuelada referendum keçirilir


Bu gün Venesuelada prezident Uqo Çavesin konstitusiyaya dəyişiklik təklifi ilə bağlı referendum keçirilir. Son günlər ona dəstək verənlər və onun əleyhinə çıxış edənlərin nümayişləri intensiz xarakter almışdı. Cümə axşamı günü minlərlə insan Karakasda prezidentin təkliflərinə etiraz olaraq yürüş keçirmişdi, cümə günü isə prezidentə dəstək verənlərin kütləvi aksiyaları təşkil edilmişdi. Dünən Prezident Çaves Vaşinqtona referenduma müdaxilə etməməyə çağırmış, əks təqdirdə ABŞ-la neft ticarətinin dayandırılacağına dair xəbərdarlıq vermişdi. Qeyd edək ki, konstitusiya düzəlişləri ona seçildiyi təqdirdə məhdudiyyət qoyulmadan prezidentliyini təmin edəcək. Prezidentin təkliflərinə fövqəladə vəziyyət elan edildiyi təqdirdə ittihamsız həbslər və mətbuata nəzarət edilməsi kimi səlahiyyətlər daxildir. Çaves referendumun müsbət nəticələr verdiyi halda, 2050-ci ilədək hakimiyyətdə qalacağını bildirib.

XS
SM
MD
LG