Accessibility links

Əfqanıstanda son əməliyyatlar zamanı 40 yaraqlı öldürülüb


Afqanıstan təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında baş verən toqquşma zamanı 40-a yaxın Taliban döyüşçüsü öldürülüb. Qəndəhar vilayətinin polis rəisi general Səyid Ağa Saqib bu gün bildirib ki, Sah Vali Kot rayonunun dağlarında aparılan 3 günlük əməliyyat zamanı 35 Taliban yaraqlısı öldürülüb, 10-u isə həbs edilib. Saqibin sözlərinə görə, əfqan və xarici qüvvələr dünən Qəndəharın Zari rayonunda başqa bir yaraqlı qrupla toqquşub. İnsident zamanı 5 yaraqlı öldürülüb,4-ü isə həbs edilib. Polis rəisi əfqan və xarici qüvvələrin itki vermədiyini deyib. ABŞ-ın Əfqanıstana 2001-ci ildə müdaxiləsindən bəri bu il ən çox zorakılıq faktı qeydə alınan ildir.
XS
SM
MD
LG