Accessibility links

Venesuelalılar konstitutsiyada dəyişikliyi rədd edirlər


Venesuelalılar prezident Uqo Çavesə yeni geniş səlahiyyətlər verəcək konstitutsiya dəyişikliyini rədd ediblər. Bu isə o deməkdir ki, cənab Çaves məhdudiyyətsiz qaydada hakimiyyətdə qala bilməyəcək. Ölkənin baş seçki qurumu bu gün seçicilərin 5%-nin təklif olunan dəyişikliklərə “yox” dediyini xəbər verib.

Bu səsvermə cənab Çaves üçün son 9 ildə ilk məğlubiyyətdir. Səsvermədən sonra etdiyi çıxışında o, məğlubiyyətin müvəqqəti olduğunu söyləyib. O, həmçinin bildirib ki, sosializm qurmaq uğrunda mübarizəni davam etdirəcək. Bu planın aparıcı əleyhdarlarından olan, cənab Çavesin sabiq müdafiə naziri Raul Baduelin sözlərinə görə səsvermənin nəticələri göstərir ki, Venesuela xalqı fərdlərin arzularına uyğun olaraq konstitutsiyada dəyişiklik edilməsini istəmir.

XS
SM
MD
LG